“PowerChina Resources” şirkəti ilə görüş keçirilib YENİLƏNİB

2026.07.23 17:54 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Resources” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, enerji ixracı imkanları barədə məlumat verilib.

Tərəflər Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlərini və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiriblər.

Müzakirələr zamanı günəş və külək elektrik stansiyalarının inşası üzrə görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak, həmçinin enerji, mineral resurslar və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində birgə fəaliyyət imkanlarna dair fikir mübadiləsi aparılıb.

-----

17:02

“PowerChina Resources” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşümüzdə Azərbaycan-Çin “yaşıl enerji” əməkdaşlığının prioritet istiqamətlərini və birgə təşəbbüslərin perspektivlərini vurğuladıq.

Günəş və külək elektrik stansiyalarının inşası çərçivəsində görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak, enerji, mineral resurslar və su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.