Çex Respublikası ilə əməkdaşlıq imkanları müzakirə edilib

2026.07.22 17:26 (UTC+04:00)

“Çex Respublikasının aqrar-sənaye sahəsində ixtisaslaşmış “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşdə bu ölkə ilə biznes əlaqələrini, ölkəmizin investisiya potensialını və işgüzar müstəvidə birgə fəaliyyətin təşkili məsələlərini vurğuladıq.

Aqrar-sənaye, kimya sənayesi və enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.