Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) bu ilin oktyabrın 6-da Bakıda keçiriləcək Almaniya-Azərbaycan Bağlantı Konfransının əsas müzakirə mövzusu olacaq.
Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azerbaijan") bildirilib ki, "AHK Azerbaijan"ın Azərbaycan Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi konfrans infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üzrə investisiyaların səfərbər edilməsinə həsr olunacaq və Biznes Şurasının yaratdığı institusional impulsu konkret layihə və tərəfdaşlıqlara çevirmək üçün növbəti mühüm platforma rolunu oynayacaq.
"Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında, xüsusilə Orta Dəhliz boyunca strateji mövqeyi nəqliyyat, logistika və dayanıqlı təchizat zəncirləri sahəsində yeni əməkdaşlıq imkanları yaradır. Liman və dəmir yolu infrastrukturu, rəqəmsal logistika həlləri və tranzit vaxtının azaldılması Almaniya və Azərbaycan biznesi üçün praktiki əməkdaşlıq istiqamətləridir", - Palatadan bildirilib.
"Report"