2026-cı ilin yanvar-iyun aylarında ölkədən 141,5 milyon ABŞ dolları dəyərində 40,4 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 40,13 faiz, həcm olaraq isə 14,8 faiz çoxdur.
Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,87 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,55 faizə bərabər olub.