"Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların ixracının genişləndirilməsi, istehsalın stimullaşdırılması məqsədilə Azərbaycan məhsulları sentyabrın 24-27-də Moskvada "Worldfood 2019" beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq. İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkəmiz üçüncü dəfə "Worldfood 2019" sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək.
Sərgidə müsabiqə yolu ilə müəyyən edilmiş 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirmək imkanı qazanıb. Ümumi sahəsi 415 kvadratmetr olan stenddə qida sənayesi, həmçinin şərab və digər spirtli içki məhsulları sərgi ziyarətçilərinə təqdim olunacaq.