Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 141 layihə icra olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu layihələrdən 30-u yeni yaradılma, 111-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 36-sı yaradılma və 52-si genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 141 layihədən 122-si Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.