Yanvar-iyun aylarında əhaliyə 7,8 milyard manatlıq ödənişli xidmətlər göstərilib

2026.07.21 14:56 (UTC+04:00)

2026-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artaraq 7809,0 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 5887,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 760,5 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 89,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.