2026-cı ilin yanvar-iyun aylarında ölkədən 71,9 milyon ABŞ dolları dəyərində 113,7 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 3,43 dəfə, həcmi isə 3,85 dəfə artıb.
Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,44 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,30 faizə bərabər olub.