Yunanıstan ilə ticarət dövriyyəsi artıb

2026.07.21 12:17 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətən 25,35 faiz artaraq 497,88 milyon ABŞ dollarını ötüb.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstan ilə ticarətin payı 2,02 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi