İlin ilk yarısında 29,4 milyon dollarlıq kartof ixrac edilib

2026.07.20 12:05 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədən 29,4 milyon ABŞ dolları dəyərində 76,9 min tondan çox kartof ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 6,9 faiz, həcmi isə 11,4 faiz artıb.

Cari ilin ilk 6 ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,18 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,53 faizə bərabər olub.