Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb

2026.07.20 10:27 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 5,5 dəfə artaraq 3,621 milyard dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 14,68 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi