Azərbaycan "INNOPROM.Belarus" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq

2026.07.16 17:02 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2026-cı ilin 30 sentyabr – 2 oktyabr tarixlərində Belarus Respublikasının Minsk şəhərində keçiriləcək "INNOPROM” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 10 şirkət təşkil edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (https://shorturl.at/fC0RA) tanış olmaq olar.