Azərbaycanın Aqrar Xidmətlər Agentliyi və Türkiyənin Toxum Yetiştiricileri Alt Birliği (TYAB) arasında kənd təsərrüfatı və toxumçuluq sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə Niyyət və Əməkdaşlıq Protokolu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sənəd aqrar sahədə müasir texnologiyaların tətbiqi, toxum istehsalı, sertifikatlaşdırma, dəqiq və ağıllı əkinçilik kimi istiqamətlərdə təcrübə mübadiləsini və birgə fəaliyyəti nəzərdə tutur. Razılaşmanın icrası çərçivəsində insan kapitalını inkişaf etdirmək üçün azərbaycanlı fermer və mütəxəssislər üçün Türkiyədə xüsusi tətbiqi təlim proqramları və texniki tanışlıq səfərləri təşkil ediləcək.