2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 13 388,6 mln. kVt·st olub.
Energetika Nazirliyindən verilən məlumata görə, bu dövrdə İES-lərdə 10 594,9 mln. kVt·st, SES-lərdə 1 891,7 mln. kVt·st, digər mənbələr üzrə isə 902 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 475,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 282,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
6 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 31,2 mln. kVt·st, külək elektrik stansiyalarında 454,7 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 mln. kVt·st artımla 2 793,7 mln. kVt·st təşkil edib.
Yanvar-iyun ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 479,5 mln. kVt·st (İES-lərdə 9 568,9 mln. kVt·st, SES-lərdə 1 883,2 mln. kVt·st, GES-lərdə 27,4 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 895,1 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 241,2 mln. kVt·st, idxalı isə 113,1 mln. kVt·st olub.