Minimum əməkhaqqının artımı biznesi stimullaşdırmağa əlavə imkanlar yaradır

2019.09.09 11:34 (UTC+04:00)

Məlumdur ki, dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqı bu il 2 dəfə artırılıb. Belə ki, minimum aylıq əməkhaqqının artırılması haqqında 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, bu il sentyabrın 1-dən minimal maaş məbləği 250 manat təşkil edəcək ki, bu da 38,8 faiz artım deməkdir.

İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı "vergiler.az"a açıqlamasında qeyd edib ki, bundan əvvəl "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" 8 fevral 2019-cu il tarixli sərəncama əsasən, bu ilin mart ayının 1-dən minimum əməkhaqqı səviyyəsi 38,4 faiz artırılaraq 180 manat edilib. Həmin artımdan sonra ölkədə minimum əməkhaqqı məbləği ilk dəfə olaraq yaşayış minimumu səviyyəsi ilə bərabərləşib: "Sonuncu sərəncamla isə minimum əməkhaqqı yaşayış minimumunu keçib. Xatırladım ki, cari il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib".

Minimum aylıq əməkhaqqının işçinin əməyinə görə ödənilən ən aşağı əməkhaqqı olduğunu deyən ekspert inkişaf etmiş ölkələrdə gündəlik və saatlıq əməkhaqqı ödənişi üzrə minimal hədd sisteminin mövcud olduğunu xatırladıb: "Ölkəmizdə minimum aylıq əməkhaqqı həddinin və siyasətinin üstünlüyü ondan ibarətdir ki, maaşların aşağı səviyyəsini və yaxud döşəmə vəziyyətini müəyyən etməyə imkan yaradır. Bu isə dolayısı ilə həyat şəraitini yüksəltmək yollarını, perspektivlərini, yoxsulluq səviyyəsini azaltmaq və biznesin effektli olması yönündə stimul yaratmaq imkanlarını aşkarlamaq üçün çözüm verir".

P.Heydərov hökumətin prioritetləri sırasında yer alan sosial paketin bir hissəsi kimi yaşayış minimumları ilə bağlı təklifini də səsləndirib. Onun sözlərinə görə, minimum əməkhaqqı səviyyəsinin bu ilin martın 1-dən yaşayış minimumuna bərabərləşməsindən, sentyabrın 1-dən isə onu hətta keçməsindən sonra bu sahədə bir sıra əhəmiyyətli dəyişikliklər etmək zərurəti yaranıb: "Bunlar yaşayış minimumunun özü, minimum istehlak səbəti və ehtiyac meyarı ilə bağlı ola bilər. Belə ki, qeyd olunan göstəricilərin səviyyəsini qaldırılmaqla yanaşı, mexanizmlərinə də əl gəzdirmək vaxtı yetişib. Hər 3 göstərici müəyyən mənada formal xarakter daşımaqdadır. Minimum əməkhaqqı səviyyəsinin bu göstəriciləri əhəmiyyətli dərəcədə keçməsindən sonra həmin formallıqlar aradan götürülməlidir. Minimum aylıq əməkhaqqı məbləği cari il ərzində üst-üstə 77,2 faiz artırıldıqdan sonra minimum istehlak səbəti göstəricisinin rolu və əhəmiyyəti genişləndirilməklə sözügedən göstəricinin dövlətin və hökumətin əhalinin sosial müdafiəsini durmadan gücləndirməyi təşkil etmək baxımından bundan sonrakı siyasətində əsas istiqamətverici xüsusiyyəti yüksəldilməlidir".

Minimum aylıq əməkhaqqı məbləği cari il ərzində üst-üstə 77,2 faiz artırıldıqdan sonra minimum istehlak səbəti göstəricisinin rolu və əhəmiyyəti genişləndirilməlidir

Onu da deyək ki, aylıq əmək haqlarının məbləği müxtəlif peşə və sektorlar üzrə dəyişir. Əmək Məcəlləsinə əsasən, hər hansı ixtisası olan işçilərə minimum əməkhaqqı məbləğində maaş vermək qadağandır. Yalnız ixtisassız əməkçilərə minimum əməkhaqqı vermək olar. İxtisassız işçilərin siyahısı isə “Azərbaycan Respublikasının Dövlət Təsnifatı Məşğulluq Təsnifatı”nda əksini tapıb. Həmin təsnifata əsasən, ixtisassız işçilər aşağıdakılardır:

Fərqanə ALLAHVERDİQIZI