Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi vergilər idarələrində vergi orqanlarının əməkdaşları üçün "Kommersiya və vergi sirrinin hüquqi tənzimlənməsi" mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə vergi sirrinin mahiyyəti və əhəmiyyəti, onun vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin qorunmasında, eləcə də vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində rolu diqqətə çatdırılıb. Bildirilib ki, vergi sirrinin qanunsuz açıqlanması, yayılması və ya qanunvericilikdə nəzərdə tutulmayan məqsədlərlə istifadəsi hüquq pozuntusu hesab edilir və qanunvericilikdə müəyyənləşdirilmiş qaydada məsuliyyətə səbəb olur.
Qeyd edək ki, hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd əməkdaşların bilik və bacarıqlarının artırılması, vergi sirrinin mühafizəsi sahəsində vahid hüquqi yanaşmanın formalaşdırılması, eləcə də qanunvericiliyin tələblərinin düzgün və vahid qaydada tətbiqinin təmin olunmadır.