Azərbaycan – Slovakiya biznes forumu keçirilib

2026.07.15 14:12 (UTC+04:00)

“Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri xanım Denisa Sakova ilə birlikdə Azərbaycan – Slovakiya biznes forumunda iştirak etdik.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində artan rolunu vurğuladıq, qaz təchizatı, yaşıl enerji, tranzit infrastrukturu, ticarət və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərimizi bölüşdük.

Azərbaycan və Slovakiya arasında birgə investisiyalar və işgüzar əlaqələrin genişləndirilməsinin prioritet olduğunu bildirdik.

Biznes forum çərçivəsində Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında birgə fəaliyyətin inkişafına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalandı”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.