2026-cı ilin yanvar – iyun ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 276.793 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 454.992 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 54,4% təşkil edib:
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxsin uçotdan çıxarılması.
Yanvar – iyun ayları vergi ödəyicilərindən daxil olmuş 14,7 min yazılı müraciət cavablandırılıb, 12,8 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2.806 vergi ödəyicisinin iştirakı ilə 194 görüş keçirilib, 3.413 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3 milyon SMS göndərilib.
Yanvar – iyun ayları ərzində ümumilikdə 145.061 müraciət üzrə 226.804 Asan İmza sertifikatı verilib.