Bu ilin yanvar-iyun aylarında ölkənin sənaye sektorunda 33 071,0 milyon manat dəyərində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,1 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə neft-qaz sektoru üzrə məhsulun istehsal dəyəri 22 301,4 milyon manat (-0,6 faiz), qeyri-neft-qaz sektorunda isə 10 769,6 milyon manat (+4,1 faiz) təşkil edib.
Sənaye məhsulunun 60,6 faizi mədənçıxarma sektorunda, 33 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.