Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) bu ilin yanvar-iyun ayları ərzində verilən güzəştli kredit sayı və məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsünü açıqlayıb.
Hesabat dövründə ABİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3004 layihənin maliyyələşdirilməsinə 136,5 milyon manat güzəştli kredit verilib.
Cari ilin ilk 6 ayı ərzində sahibkarların investisiya layihələrinə verilən güzəştli kreditlərin sayına görə "Bank Respublika", "AccessBank", "Rabitəbank", "Yelo Bank" və "Kapital Bank" fərqlənib.
Həmin dövrdə verilən güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika", "AccessBank", "Kapital Bank", "Rabitəbank" və "Paşa Bank" daxildir.
Qeyd edək ki, sahibkarlar ABDF-nin güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.