Qeyri-üzvi kimyəvi maddələrin istehsalında artım var

2026.07.13 15:13 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində ölkədə 11 min ton qeyri-üzvi kimyəvi maddələr istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehsal həcmi 20,1 faiz artıb.

Cari ilin iyun ayının 1-nə hazır məhsul ehtiyatı təqribən 6,3 min ton təşkil edib.