BTC kəməri ilə 559 milyon tona yaxın Azərbaycan mənşəli neft və kondensat ixrac olunub

2026.07.13 12:47 (UTC+04:00)

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin açılışından 20 il ötür.

Energetika Nazirliyinin məlumatına əsasən, kəmər vasitəsilə əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və Şahdəniz kondensatı nəql edilir.

İstismara verildiyi tarixdən indiyədək BTC vasitəsilə 559 milyon tona yaxın Azərbaycan mənşəli neft və kondensat ixrac olunub.