İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılıb, qaldırılan məsələlər üzrə müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.