Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 65 207,0 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalaraq 19 610,5 milyon manat, qeyri- neft-qaz sektorunda isə 1,5 faiz artaraq 45 596,5 milyon manat təşkil edib.