"Abşeron" yatağından 4,8 milyard kubmetr qaz hasil edilib

2026.07.10 15:28 (UTC+04:00)

“Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanmasından 3 il ötür.

Energetika Nazirliyinin məlumatına görə, İHS mərhələsi üzrə yataqdan indiyədək təqribən 4,8 milyard kubmetr qaz və 1,8 milyon tona yaxın kondensat hasil edilib.