6 ayda ABİF tərəfindən sahibkarlara 136,5 milyon manat həcmində güzəştli kreditlər verilib

2026.07.09 17:24 (UTC+04:00)

2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən sahibkarlara 3004 layihə üzrə maliyyə dəstəyi göstərilib.

Fondun məlumatına görə, bu çərçivədə sahibkarlar ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kreditdən yararlanıb.

Qeyd edək ki, ABİF-in güzəştli kreditləri illik faiz dərəcəsi 5 faizədək olmaqla təqdim olunur və 5 ilədək güzəşt müddəti tətbiq olunur. Bu əlverişli şərtlər sahibkarların maliyyə yükünü azaltmaqla onların investisiya imkanlarını genişləndirir, biznes fəaliyyətinin inkişafını və regionlarda iqtisadi aktivliyin artmasını dəstəkləyir.