Kommersiya qurumlarının sayı 6,8 faiz artıb

2026.07.09 15:40 (UTC+04:00)

2026-cı il iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.713.937 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb.

İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 210.384 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.

2026-cı ilin iyun ayında 1.191 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – iyun aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.

2026-cı ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.