Şimal-Şərqi Asiya ölkələrindən Azərbaycana səfər edənlərin sayı artıb

2026.07.09 15:09 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Şimal-Şərqi Asiya ölkələrindən (Çin, Cənubi Koreya, Yaponiya və Monqolustan) Azərbaycana 16,6 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 4 faiz üstələyir.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin aprel ayında qeyd edilən regiondan gələnlərin sayı 4,9 min nəfərdən çox təşkil edib. Bu, mart ayına nisbətdə 23,5 faiz çoxdur.