Türkmənistanla birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib

2026.07.08 17:32 (UTC+04:00)

“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşdük.

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının daha da gücləndirilməsi perspektivlərini vurğuladıq, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.