Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirib

2019.09.07 13:10 (UTC+04:00)

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7%-ə endirib. Məlumata görə, iyun və iyul aylarında Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,25%-ə endirmişdi. İyul ayında tənzimləyici Direktorlar Şurasının növbəti iclaslarından birində uçot dərəcəsini bir qədər də azaldılmasına, həmçinin 2020-ci ilin ortalarınadək neytral pul-kredit siyasətinə keçməsinə imkan mövcuddur.
"Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 6 sentyabr 2019-cu il tarixində uçot faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq illik 7%-ə endirilməsini qərarı alıb", - deyə Mərkəzi Bankın məlumatında deyilir.