Türkmənistanla biznes əlaqələrinin gücləndirilməsi barədə müzakirələr aparılıb

2026.07.08 11:43 (UTC+04:00)

“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə görüşdük.

Komissiyanın fəaliyyətində səmərəliliyin yüksəldilməsi, ticarət, investisiya, sənaye üzrə işbirliyinin təşviqi və biznes əlaqələrinin gücləndirilməsi barədə müzakirələr apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.