Azərbaycan qızıl və gümüş istehsalını artırıb

2019.09.06 19:04 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında "AzerGold" QSC 34.678 unsiya qızıl istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz çoxdur. "AzerGold"dan verilən məlumata görə, hesabat dövründə QSC tərəfindən istehsal olunmuş gümüşün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 63.698 unsiyaya çatıb.