Polad boruların istehsalında artım var

2026.07.07 17:38 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində ölkədə 67,5 min ton polad borular istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 3,7 faiz və ya 2,4 min ton artıb.

Cari ilin iyun ayının 1-nə hazır məhsul ehtiyatı 4,5 min ton təşkil edib.