İraq ilə ticarət dövriyyəsinin ümumi həcmi açıqlanıb

2026.07.07 10:02 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın İraq ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 23,1 faiz artaraq 11,3 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İraq ilə ticarətin payı 0,05 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi