Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib

2026.07.06 16:20 (UTC+04:00)

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib.

“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində məşğulluğu təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyir.