“AzerGold”un istismar etdiyi mədənlərdən 558 min unsiyadan çox qızıl hasil edilib

2026.07.06 14:53 (UTC+04:00)

Bu günədək “AzerGold” QSC-nin istismar etdiyi mədənlərdən 558 min unsiyadan çox qızıl və 1 milyon unsiyadan artıq gümüş hasil olunub.

Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimov qeyd edib ki, qiymətli metalların daxili və beynəlxalq bazarlarda satışı nəticəsində QSC 2,2 milyard manatdan çox gəlir əldə edib: “Sevindirici haldır ki, bu günə qədər şirkətin qızıl layihələrinin icrası üçün dövlət büdcəsindən ümumilikdə cəmi 47 milyon manat investisiya ayrılıb. Bunun müqabilində şirkət 10 dəfədən çox, yəni 473,5 milyon manat xalis mənfəət formalaşdırıb. Eyni zamanda, dövlət büdcəsinə 295,3 milyon manat məbləğində vergi və sosial ödənişlər həyata keçirilib”.