Azərbaycanın turizm sahəsində rəqabət qabiliyyətliliyi artır

2019.09.06 17:44 (UTC+04:00)

Ölkımiz turizm sahəsində rəqabət qabiliyyətinə görə dünyada 71-ci yerdədir. Bu haqda fikirləri Dünya İqtisadi Forumunun ekspertləri səsləndiriblər. “The Travel and Tourism Competitiveness Index 2019” beynəlxalq reytinq çədvəlində MDB ölkələrindən Gürcüstan 68-ci, Rusiya isə 39-cu yerdə qərarlaşıb.

Siyahıya İspaniya başçılıq edir. Sonrakı yerləri Fransa və Almaniya tutub. İlk 10-luğa Yaponiya, ABŞ, Britaniya, Avstraliya, İtaliya, Kanada və İsveçrə də daxil olub.