Pambıq ixracı üzrə göstəricilərdə müsbət dinamika var

2026.07.06 13:20 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədən 139,4 milyon ABŞ dolları dəyərində 92,6 min tondan çox pambıq ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 34,5 faiz, həcmi isə 37,4 faiz artıb.

Cari ilin ilk beş ayında pambığın ümumi ixracda xüsusi çəkisi 9,3 faizə bərabər olub.