Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Türkiyəyə 86 milyard kubmetr qaz ixrac olunub

2026.07.03 12:13 (UTC+04:00)

Bakı Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür.

Energetika Nazirliyinin məlumatına əsasən, kəmər vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.

Fəaliyyətə başladığı tarixdən indiyədək qaz kəməri vasitəsilə bu ölkəyə təxminən 86 milyard kubmetr qaz ixrac olunub.