Avropa aviaşirkəti Bakı-Bratislava marşrutu üzrə birbaşa uçuşlara başlayır

2026.07.03 11:11 (UTC+04:00)

Bu ilin sentyabrın 29-dan etibarən Avropanın aşağıbüdcəli aviaşirkəti Wizz Air Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, uçuşlar həftədə iki dəfə — çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.