Polad tökmə istehsalında artım qeydə alınıb

2026.07.03 16:40 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında metallurgiya sənayesi üzrə 130,7 min ton polad tökmə istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 10,4 faiz çoxdur.

İyun ayının 1-nə hazır məhsul ehtiyatı 1,8 min ton təşkil edib.