Bu ilin ilk beş ayında 3 milyon dollarlıq çay ixrac edilib

2026.07.02 14:00 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində ölkədən 3 milyon ABŞ dolları dəyərində 349 tondan çox çay ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 16,8 faiz, həcmi isə 21,1 faiz artıb.

Cari ilin ilk beş ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,06 faizə bərabər olub.