Alüminium məmulatlarının istehsalı artıb

2026.07.02 12:36 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədə 30 078,6 ton alüminium məmulatları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 26,4 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin aprel ayına nisbətdə isə mayda istehsal həcmində 4,1 faiz artım qeydə alınıb.

İyun ayının 1-nə hazır məhsul ehtiyatı 2 281,4 ton təşkil edib.