Yanvar-may aylarında 18,5 milyon dollarlıq tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib

2026.07.01 17:17 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində ölkədən 18,5 milyon ABŞ dolları dəyərində 10,7 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 13,4 faiz, həcmi isə 4,1 faiz artıb.

Cari ilin ilk beş ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,36 faizə bərabər olub.