Ukrayna ilə ticarət dövriyyəsinin həcmində müsbət dinamika mövcuddur

2026.07.01 15:37 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 22,7 faiz artaraq 246,3 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Ukrayna ilə ticarətin payı 1,18 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi