AZAL Qazaxıstanın iki şəhərinə yeni birbaşa reyslər açır

2026.07.01 12:03 (UTC+04:00)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il avqustun 16-dan etibarən Bakı–Atırau–Bakı marşrutu üzrə birbaşa reyslərə başlayır.

Aviaşirkətin məlumatına görə, uçuşlar həftədə dörd dəfə — bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

Həmçinin sentyabrın 16-dan etibarən aviaşirkət Aktobe şəhərinə reyslər həyata keçirəcək. Bakı–Aktobe–Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.