İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 30-da keçirilən hərracda 28 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətinin məlumatına görə, hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, iyul ayı üzrə hərraclar 7, 14, 21 və 28 iyul tarixlərində keçiriləcək. Bu hərraclara 147 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1985-2021-ci illəri əhatə edir.