Mərkəzi Asiya ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

2026.06.30 17:59 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 68,2 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin aprel ayında qeyd edilən regiondan gələnlərin sayı 21,8 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin aprel ayına nisbətdə 33,3 faiz, cari ilin mart ayına nisbətdə isə 30,4 faiz çoxdur.