Taxıl üzrə orta məhsuldarlıq 35 sentnerə çatıb

2026.06.30 17:27 (UTC+04:00)

İyunun 30-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 48,7 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, mövsüm ərzində 462 153 hektar sahədə biçin aparılıb, bu sahələrdən 1 618 893 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 122 078 hektar buğda, 340 074 hektar arpa sahəsi biçilib. Bu sahələrdən  485 844 ton buğda, 1 133 049 ton arpa yığılıb. Buğda sahələrinin 26,6 faizində, arpa sahələrinin isə 69,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,8 sent/ha, arpa üzrə isə 33,3 sent/ha təşkil edir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.