İstismara verildiyi tarixdən indiyədək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı nəql edilib və bu həcmin 39,6 milyard kubmetri Türkiyəyə ixrac olunub.
Energetika Nazirliyinin məlumatına görə, bu nəql göstəriciləri Şahdəniz-2 layihəsi çərçivəsində reallaşıb və məhz bu gün Azərbaycandan qonşu ölkəyə kommersiya təyinatlı qaz həcmlərinin ötürülməsinə başlanılmasından 8 il ötür.
Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz infrastruktur layihəsi hesab olunur.